BMT-nin baş katibi Ramazan ayında Qəzza və Sudanda atəşkəsə ÇAĞIRDI

 18:32 11.03.2024     259

BMT-nin baş katibi Antonio Quterreş müsəlmanların müqəddəs Ramazan ayı ərzində Qəzza zolağı və Sudanda atəşkəsə çağırıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, jurnalistlərə deyib:

“Ramazan ayının ruhunun atəşkəs və humanitar yardımın lazımi sürətlə və tələb olunan həcmdə çatdırılması yolunda bütün maneələrin aradan qaldırılması ilə şərəfləndirilməsini qətiyyətlə tələb edirəm. Qəzzada, Sudanda və başqa yerlərdə sülhün vaxtıdır. Mən siyasi, dini və icma liderlərini bu müqəddəs dövrü empatiya, fəaliyyət və sülh dövrünə çevirmək üçün əllərindən gələni etməyə çağırıram”.

Bundan əlavə, dünya təşkilatının rəhbəri anklavdakı bütün girovların azad edilməsinə çağırıb və həmçinin dini bayramların tezliklə digər dinlər tərəfindən də keçiriləcəyini xatırladıb. “Unutmayaq ki, Ramazanla yanaşı, tezliklə xristianlar Pasxa bayramını, yəhudilər isə Pesax bayramını qeyd edəcəklər", - deyə baş katib bildirib.

Turan İSMAYIL