Ukraynada 180 deputat orduya çağırıla bilər

 18:52 11.03.2024     256

Deputatları Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırmaq səmərəsiz və mənasızdır.

Redaktor.az xəbər verir ki, bu fikirləri İngiltərənin "Teleqraf" nəşrinə müsahibəsində Ukrayna parlamentinin deputatı Ruslan Qorbenko deyib.

Onun sözlərinə görə, hərbi yaşda olan deputatlar səfərbər olunarsa, maksimum 180 nəfər olacaq.

“Bunlar iki bölükdür. Bu, müharibəyə qətiyyən təsir etməyəcək. Hər hansı hərbi hissəni götürsək, o zaman şəxsi heyətin minimum sayı 5-6 min hərbçidir. Elə isə mənə deyin, bu 180 nəfər kömək edəcəkmi? Düşünürəm ki, yox”, – Qorbenko bildirib.

O, belə bir addımın mümkün simvolizmi sualını rədd edərək, "söhbət səmərəlilikdən gedir" deyib.

Qorbenko vurğulayıb ki, qarşıdan gələn səfərbərlik haqqında qanunda deputatların öz istəyinə uyğun olaraq sessiya həftələrindən asudə vaxtlarında hərbi hissədə hərbi xidmət keçmək imkanının olması təklifi var. Onun hesablamalarına görə, bu hüquqdan 50-60 deputat yararlana bilər.

Turan İSMAYIL