ABŞ Qəzzaya daha bir yardım partiyasını təyyarə ilə çatdırdı

 19:34 11.03.2024     201

ABŞ Qəzza zolağının şimal hissəsinə humanitar yardımın daha bir hissəsini çatdırmaq üçün əməliyyat keçirib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"ABŞ Mərkəzi Komandanlığı 11 martda Qəzzanın şimalına humanitar yardım göndərib", - komandanlığın X (keçmiş Twitter) bəyanatında deyilir.

Amerika təyyarələri 27,6 min vahiddən çox ərzaq və 25,9 min şüşə su atıb. 

Yusif EYVAZLI