ABŞ Tayvana 100 milyon dollar hərbi yardım ayırmaq istəyir

 21:35 11.03.2024     240

Amerika administrasiyası 2025-ci ildə Tayvana hərbi yardım göstərmək üçün 100 milyon dollar ayırmağı gözləyir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ağ Evin açıqladığı və ABŞ Konqresinin müzakirəsinə göndərdiyi növbəti maliyyə ili üçün federal büdcə layihəsi sübut edir.

Hökumətin icraedici qolu 2025-ci ildə Amerika ittifaqlarını və tərəfdaşlıqlarını dəstəkləyən daha azad, daha açıq, təhlükəsiz və bir-biri ilə əlaqəli Hind və Sakit Okean regionu yaratmaq üçün 4 milyard dollardan çox vəsait ayırmağı təklif edir. 

“Bura ikitərəfli və regional əsasda göstərilən 2,1 milyard dollar xarici yardım, o cümlədən Tayvana hərbi yardım üçün ayrıca müraciət üçün 100 milyon dollar daxildir", - sənəddə deyilir.

Yusif EYVAZLI