Fransanın dövlət qurumları güclü kiberhücuma məruz qaldı

 21:45 11.03.2024     229

Fransanın bir çox dövlət qurumlarının onlayn resursları güclü kiberhücuma məruz qalıb. 

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

Hücum bazar günü axşam başlayıb. İndi hakerlərin əməllərindən dəyən ziyan minimuma endirilib. Dövlətin informasiya resurslarına çıxış bərpa edilib.

Dövlət qurumları "DDoS" hücumuna məruz qalıb ki, bu zaman internet resursuna çoxsaylı müraciətlər onun həddən artıq yüklənməsinə səbəb olub. 

Yusif EYVAZLI