Antalyanın bu şəhər ilə qardaşlıq əlaqələri kəsildi
Antalya Şəhər Şurası Aralıq dənizi sahilində yerləşən Bat Yam şəhəri ilə qardaşlıq əlaqələrinin kəsilməsinə qərar verib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, qardaş şəhərlər protokolu 1997-ci ilin noyabrında imzalanıb. Şura onu ləğv etmək barədə yekdilliklə qərar verib. Qərarın mətnində buna səbəb kimi İsrailin Fələstin xalqına qarşı davam edən və bütün dünyanın şahidi olduğu qeyri-insani hücumlar göstərilir.
Yusif EYVAZLI