Makron Kiyevə səfərini təxirə saldı
Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Nəşrə danışan mənbələr Makronun hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istədiyini bildirib:
“Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir”.