İsrail təyyarləri Livanı bombaladı
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Baalbek şəhərinin kənarında, şiə silahlı "Hizbullah"ın böyük forpostunun yerləşdiyi əraziyə raket zərbələri endirib.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarələr Livan-İsrail sərhədindən 80 km aralıda yerləşən ərazilərə azı dörd reyd keçirib.
Hava zərbələri Dar əl-Əmal xəstəxanasının yaxınlığındakı Durus bölgəsində, həmçinin Şimstardakı əl-Mehdi məktəbinin yaxınlığındakı evlərdən birinə endirilib.
Qeyd olunub ki, sakinlər arasında itkilər var, onların sayı dəqiqləşdirilir.
Həmidə İBRAHİMLİ