Bayden Polşaya qoşun göndərməkdən imtina etdi

 09:44 12.03.2024     227

ABŞ prezidenti Co Bayden bildirib ki, hazırda NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada əlavə ABŞ qoşunlarına ehtiyac yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Polşa sərhədində əlavə qoşunlara ehtiyac yoxdur, lakin mən sabah bu məsələni Polşanın baş naziri Donald Tusk ilə müzakirə edəcəyəm”, - deyə Bayden bildirib.

Humay İSGƏNDƏRLİ