Aİ NATO-nu Ukraynaya qoşun göndərməyə çağırdı
"NATO heç bir şey etmədiyi halda Aİ Ukraynaya qüvvələr göndərməlidir".
Redaktor.az "Newsweek"ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının keçmiş köməkçisi və ABŞ ordusunun keçmiş polkovniki Aleksandr Krouter deyib.
“Bu, Aİ üçün addım atmaq və real işlər görmək üçün böyük fürsətdir” deyən keçmiş baş zabit, NATO-nun hazırda “dalana dirəndiyini” və Ukraynaya kömək etmək üçün heç bir mənalı addım ata bilmədiyini qeyd edib.
Bundan əvvəl də Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Robert Kaliniak NATO qoşunlarının Ukraynaya göndərilməsinə alternativ təklif etmişdi.
Həmidə İBRAHİMLİ