Bu ölkələrin baş nazirlərinə Rusiyaya giriş QADAĞAN EDİLDİ
Rusiya Xarici İşlər Nazirliyi Latviya və Estoniyanın baş nazirlərinə sanksiya tətbiq edib. Belə ki, onların ölkə ərazisinə girişinə qadağa qoyub.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Moskva Latviya, Litva və Estoniyanın Rusiyaya düşmən münasibət bəsləyən ümumilikdə 347 vətəndaşının, o cümlədən nazirlərin, parlament üzvlərinin və ictimai xadimlərin girişini qadağan edib.
Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın daxili işlər naziri Lauri Lanemetsi axtarışa verib. Onun haqqında cinayət işi açılıb.