Putinin bu tarixdə Türkiyəyə səfəri GÖZLƏNİLİR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də respublikada keçiriləcək bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfər edəcəyini gözlədiyini bildirib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Biz Qara dənizdəki hər iki qonşumuzla dialoqumuzu davam etdiririk. Keçən cümə günü İstanbulda Ukrayna prezidenti Vladimir Zelenskini qəbul etdik. Seçkilərdən sonra Türkiyədə Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik", - deyə Ərdoğan Ramazan ayında ənənəvi iftar süfrəsində xarici səfirlərə müraciət edib.
Yusif EYVAZLI