HƏMAS ABŞ-nin Qəzzada atəşkəs təşəbbüsü ilə razılaşdı
Həmas Qəzza zolağında atəşkəs və köçkünlərin geri qaytarılması üçün ABŞ-nin təşəbbüsü ilə razılaşıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının martın 4-dək əldə oluna biləcəyini bildirmişdi. O, danışıqların yekunlaşmadığını, lakin uğura yaxın olduğunu vurğulayıb.
Eyni zamanda, Amerika lideri vurğulayıb ki, atəşkəs razılaşması artıq HƏMAS-ın əlindədir və onu qəbul etmək qərarı yalnız qrupun rəhbərliyinə aiddir.
Yusif EYVAZLI