İsrail Suriyada iki hərbi obyekti vurdu

 23:00 12.03.2024     239

İsrail Müdafiə Qüvvələri Suriya ərazisində şiə Hizbullah hərəkatının iki hərbi obyektinə hücum edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

"Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri Suriya cəbhəsində "Hizbullah"ın iki hərbi obyektinə zərbələr endirib. Zərbə dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilib", - məlumatda deyilir.

Turan İSMAYIL