Ərdoğan İsrailə təzyiqi artırmağa ÇAĞIRDI

 23:43 12.03.2024     343

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti "Qəzzadakı soyqırımla bağlı həqiqətləri gizlətməyə çalışan" İsrailə təzyiqləri artırmağa çağırıb.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

"İsrail liderləri soyqırımla bağlı bu həqiqəti gizlətmək üçün bizə hücum etmək əvəzinə Qəzzada susuzluqdan və aclıqdan ölən körpələrə görə cavab verməlidirlər. İsrail rəhbərliyi nə etsə də, özünü belə artıq gizlədə bilmir. Təəssüf ki, etiraf etməliyik ki, İsrailə qeyd-şərtsiz hərbi və diplomatik dəstək verənlərin qətiyyətsiz siyasətləri İsrailin baş naziri Benyamin Netanyahu və onun silahdaşlarına belə cəsarət verdi. Uzun illərdir ki, həm dövlətlər, həm də beynəlxalq təşkilatlar bunu edir”, - deyə Ərdoğan Ramazan ayında ənənəvi iftar süfrəsində xarici səfirlərə müraciət edib.

Yusif EYVAZLI