Bayden Trampı böyük təhlükə adlandırdı

 09:39 13.03.2024     300

ABŞ-nin hazırkı prezidenti Co Bayden builki prezident seçkiləri üçün Demokratlar partiyasından namizəd olmaq üçün lazımi sayda nümayəndəni təmin edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Time" qəzeti məlumat yayıb.

“Mən qürur duyuram ki, Demokratlar Partiyasının zəngin müxtəlifliyini ölkə üzrə təmsil edən geniş seçici koalisiyasını Donald Trampın yaratdığı təhlükənin böyük olduğu bir vaxtda partiyamıza və ölkəmizə rəhbərlik edəcəyimə inamı təzələdim",- deyə Bayden bildirib.

Humay İSGƏNDƏRLİ