Rusiyanın bu vilayətində 30-dan çox PUA vuruldu

 10:05 13.03.2024     234

Rusiyanın Voronej vilayətində bir gecədə 30-dan çox Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında bildirib.

Məlumata görə, hücum təhlükəsi hələ də qalmaqdadır.

Rəsmilərə görə, dağıntıların düşdüyü yerlərdə infrastruktura və yaşayış evlərinə ziyan dəyib. Belə ki, Buturlinovski rayonunda fərdi yaşayış evi və transformator yarımstansiyası, Voronej şəhərinin Sovetski rayonunda isə mağazanın dam örtüyü qismən dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Həmidə İBRAHİMLİ