Tramp respublikaçıların yeganə namizədi oldu

 09:54 13.03.2024     239

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini qazanıb.

Redaktor.az xəbər verir ki, bunu CNN-in təqdim etdiyi proqnoz sübut edir.

Proqnoza görə, Tramp çərşənbə axşamı Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1219 nümayəndənin dəstəyi verilib.

Halbuki, qaydalara görə, Respublikaçılar Partiyasından namizəd kimi irəli sürülmək üçün namizəd 1215 nümayəndə səsini almalıdır.

“The Hill” qəzetinin yazdığına görə, Amerikanın hazırkı lideri Co Bayden də qarşıdan gələn noyabr seçkilərində ABŞ prezidentliyinə namizəd irəli sürəcək Demokratlar Partiyasının Milli Konvensiyasına kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trampı məğlub etdiyi zaman eyni namizədlər arasında mübarizə proqnozlaşdırıla bilər.

Sultan AYXAN