HƏMAS Qəzzada atəşkəs razılaşmasını təkzib etdi
Fələstinin radikal HƏMAS təşkilatı "Əl Ərəbiyyə" telekanalının 12 martda Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərini təkzib edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqramdakı rəsmi kanalında məlumat verilib.
HƏMAS-ın razılaşmanın təfərrüatlarını hazırlamaq üçün Qahirəyə nümayəndə heyəti göndərməsi ilə bağlı məlumatlar da təkzib edilib.
Həmidə İBRAHİMLİ