Makron Ukraynaya qarşı ziddiyyətli siyasət yürüdür

 10:50 13.03.2024     294

Fransa Prezidenti Emmanuel Makronun döyüşkən ritorikası Parisin Ukraynaya dəstək hərəkətləri ilə ziddiyyət təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" yazır.

Almaniyanın Kiel İnstitutunun statistikası göstərir ki, Fransa 2022-ci ilin fevralından 2023-cü ilin oktyabrına qədər Ukraynaya hərbi dəstək miqyasına görə digər Qərb dövlətlərindən geri qalır.

O cümlədən, Fransanın ümumi yardımı 640 milyon avro təşkil edib, daha mülayim mövqe tutan Almaniya isə bu müddət ərzində Kiyevə 1,7 milyard avro ayırıb. Fransa isə mübahisəli siyasətlə bağlı ittihamları rədd edir və Fransanın yardımının Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirir.

Humay İSGƏNDƏRLİ