Kremldən Paşinyanın KTMT ilə bağlı bəyanatına REAKSİYA
Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva İrəvanla təmasları davam etdirəcək və onun KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.
"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, hələ çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz Ermənistan baş nazirinin bəyanatlarına uyğun olaraq aydınlaşdırıb danışacağıq”, - Peskov deyib.