Bu ölkə qadınları hərbi xidmətə çağırmağı planlaşdırır

 19:36 13.03.2024     286

Danimarka hökuməti hərbi xidmətə çağırış sisteminin əsaslı şəkildə yenidən qurulmasını planlaşdırır. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında bildirib ki, yeniliklərdən biri qadın və kişilərin tam bərabər şərtlərlə hərbi xidmətə götürülməsidir.

“Bu o deməkdir ki, cinsindən asılı olmayaraq bütün gənclər hərbi xidmətə çağırılacaq”, - deyə o, izah edib. 

Dəyişikliklər, hökumətin təklifinə əsasən, 2026-cı ildə qüvvəyə minəcək. Hazırda qadınlar üçün xidmət könüllüdür. Onlar da istədikləri kimi dayandıra bilərlər.

Bundan əlavə, hökumət hərbi xidmətə çağırış müddətini 4 aydan 11 aya qədər uzadacaq.

Yusif EYVAZLI