Lukaşenko onları əfv etdi

 19:55 13.03.2024     264

Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

Redaktor.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bu 15 məhkumdan 11-i azyaşlı kimi cinayət törədib. Əfv olunanlar arasında 9 qadın da var.

Qeyd olunur ki, əfv olunanların bəzilərinin cəzası daha yüngül cəza ilə əvəz edilib, qalanlarının isə çəkilməmiş cəzası azaldılıb. Mətbuat xidməti əfv olunan şəxslərin Cinayət Məcəlləsinin hansı maddələri ilə məhkum olunduğu barədə məlumat vermir.

Turan İSMAYIL