Bu ölkə bomba sığınacaqları TİKƏCƏK
Polşa hökuməti Varşavada hava hücumundan müdafiə sığınacaqlarının tikintisinə 117 milyon zloti (27 milyon avro) ayıracaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu planları Polşanın paytaxtının meri Rafal Trzaskowski açıqlayıb.
“Mən “Varşava müdafiə edir” adlı xüsusi proqram hazırlamaq qərarına gəldim və növbəti büdcə sessiyasında biz bunun üçün 117 milyon zlotı ayıracağıq”, - deyə o bildirib.
Yusif EYVAZLI