Ukraynanın Rusiya ilə sərhəd bölgəsində hava hücumu XƏBƏRDARLIĞI
Ukraynanın Rusiya ilə sərhəddə yerləşən Sumı və Xarkov vilayətlərində axşam saatlarında hava hücumu xəbərdarlığı elan edilib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu rəsmi ictimai xəbərdarlıq resursunun məlumatları sübut edir.
Çərşənbə günü səhər saatlarında bu bölgələrdə həyəcan siqnalı artıq üç dəfədən çox elan edilib. Orta hesabla təhlükə xəbərdarlığı 20 ilə 50 dəqiqə arasında davam edib.
Yusif EYVAZLI