FTB-nin təlim mərkəzində dəhşətli PARTLAYIŞ - 16 nəfər...

 09:35 14.03.2024     299

Federal Təhqiqatlar Bürosunun (FTB) Kaliforniyadakı təlim mərkəzində baş verən partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Hadisə Orinc dairəsində istehkamçıların və xüsusi təyinatlıların birgə təlimi zamanı baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. FTB baş verənlərin təfərrüatlarını araşdırır.