Polşa Ukrayna ilə sərhədləri bağlayır?
"Polşadan olan fermerlərin Ukrayna-Polşa sərhədini bağlaması məsələsi tezliklə həll oluna bilər".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval deyib.
Kovalın fikrincə, həm Polşa, həm də Ukrayna hökumətləri, həll yolu tapmalıdır ki, Ukrayna malları satılsın və Polşa istehsalının bir neçə sektoru qorunsun.
Humay İSGƏNDƏRLİ