Tiflisdə yaşayış binasında PARTLAYIŞ

 10:01 14.03.2024     175

Gürcüstanın Tiflis şəhərində yaşayış binasında partlayış baş verib və nəticədə evin divarı uçub.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Məlumata görə, binadan 93 ailə təxliyə edilib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmidə İBRAHİMLİ