ABŞ bu ölkəyə silah tədarükünü qadağan etdi

 18:20 14.03.2024     309

ABŞ hakimiyyəti Nikaraquaya Amerika silahlarının tədarükünə qadağa qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Birləşmiş Ştatlar bu gün Nikaraqua üçün nəzərdə tutulan və ya ondan gələn ABŞ müdafiə məhsullarının və müdafiə xidmətlərinin idxalına və ixracına məhdudiyyətlər qoyur”, -  sənəddə deyilir.

Bildirilib ki, Birləşmiş Ştatlar Nikaraqua rəsmiləri tərəfindən davam edən qəddar repressiyalardan dərin narahatdır.

Dövlət Departamenti vurğulayıb ki, Birləşmiş Ştatlar Prezident Daniel Orteqanın rəhbərlik etdiyi Nikaraqua hakimiyyətini məsuliyyətə cəlb etmək üçün bütün mövcud diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə davam edəcək.

ABŞ Ticarət Nazirliyi də Nikaraqua ilə bağlı bu məhdudiyyətlərlə bağlı xəbərdarlıq edib. Onlar sənəddə ölkədə insan haqlarının pozulması və Rusiya ilə davam edən hərbi və təhlükəsizlik əməkdaşlığı ilə izah edilir.

Turan İSMAYIL