Xorvatiya parlamenti özünü buraxdı
Xorvatiya Sabor (birpalatalı parlament) qarşıdan gələn parlament seçkiləri ərəfəsində cümə axşamı keçirilən növbəti iclasından sonra buraxılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Qordan Jandrokoviç deyib.
"143 lehinə səslə, Xorvatiya parlamentini buraxmaq qərarına gəldik. Sizə uğurlar arzulayıram" - deyə spiker səsvermənin sonunda bildirib.
Qanuna uyğun olaraq, Xorvatiya Prezidenti Zoran Milanoviç seçki tarixini aprelin sonu - mayın əvvəlinə təyin etməli olacaq ki, bu müddət ərzində Saborun 11-ci çağırışı da seçiləcək. Baş nazir Andrey Plenkoviç daha əvvəl vurğulamışdı ki, bütün prosedurlar iyunun 6-dan 9-dək Aİ-nin 27 ölkəsində keçiriləcək Avropa Parlamentinə seçkilərə qədər tamamlanmalıdır.
Turan İSMAYIL