Bu ölkədə güclü zəlzələ BAŞ VERDİ
Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.
Zəlzələlərdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb. Yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib. Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar Tokioda hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yusif EYVAZLI