Həkimlər maaş azlığına görə tətilə başladılar
Keniyanın bir sıra bölgələrində həkimlər hökuməti maaşların artırılması ilə bağlı tələblərini yerinə yetirməməkdə ittiham edərək ümummilli tətilə başlayıblar.
Redaktor.az "TASS"a istinadən xəbər veir ki, tətil Şərqi Afrika ölkəsində xəstələrin nəzarətsiz qalması səbəbindən xəstəxanalarda tibbi yardımı iflic edib.
Təsirə məruz qalan ərazilərə Nakuru, Kvale, Kilifi, Migori və Mombasa əyalətləri daxildir.
Yusif EYVAZLI