Bu ölkədə internet kəsildi - SƏBƏB
Cənubi Afrikada sualtı kabelin qırılması səbəbindən böyük internet kəsilməsi baş verib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Ölkədə bankların və çoxsaylı şirkətlərin portalları işləmir, "WhatsApp" messencerinə isə giriş yoxdur. "Microsoft" korporasiyası hazırda Afrika, Avropa və Yaxın Şərqdəki xidmətlərinin uğursuzluğunu araşdırır. Mövcud məlumata görə, kabel qırılması Kot-d'İvuar sahillərində Qvineya körfəzində baş verib.
Yusif EYVAZLI