Roma İsrailə silah tədarükünü DAYANDIRDI

 21:58 14.03.2024     327

"2023-cü il oktyabrın 7-dən sonra Roma İsrailə silah ötürməyib".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib.

"Oktyabrın 7-dən sonra səlahiyyətli təşkilatdan silahların İsrailə ötürülməsi üçün yeni icazələr alınmadı ki, bu da tədarükün dayandırılmasına səbəb oldu. Oktyabrın 7-nə qədər verilmiş lisenziyalar artıq böyük ölçüdə yerinə yetirilib", - nazir Senatda çıxış edərkən deyib.

Yusif EYVAZLI