"Apple" Kanada süni intellekt startapını satın aldı

 22:53 14.03.2024     348

Amerikanın “Apple” texnologiya korporasiyası süni intellekt (AI) sahəsində inkişaflarla məşğul olan Kanadanın “DarwinAI” startap şirkətini alıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Sövdələşmə 2024-cü ilin əvvəlində baş tutub. O vaxtdan bəri bir neçə onlarla "DarvinAI" əməkdaşı "Apple"ın əsas bölməsinə qoşulub və şirkətin təsisçilərindən biri Alexander Wang direktor vəzifəsini alıb.

Startapın cəlbediciliyi daha kiçik, daha sürətli süni intellekt sistemlərinin yaradılmasından irəli gəlir. Agentlik qeyd edir ki, bu, yalnız buludda deyil, öz cihazlarında süni intellekt yerləşdirən və inkişaf etdirən "Apple" üçün dəyərli aktivə çevrilib. Generativ süni intellektə əsaslanan funksiyalar "iOS" əməliyyat sisteminə əlavə edilir.

Yusif EYVAZLI