Hindistan Rusiyadan neft almağı dayandırdı
"!Hindistan iki aydır Rusiyadan premium dərəcəli ESPO yağını almır".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ESPO, Şərqi Sibir yataqlarından şərqə verilən aşağı kükürdlü (0,6 faizdən az) neft növüdür.
2023-cü ilin sonunda Hindistan Rusiya xammalının bu markasının ən böyük alıcılarından biri oldu. 2022-ci ilin ikinci yarısında 60 min barel səviyyəsində olsa da, keçən il orta gündəlik tədarük təxminən 95 min barel olub.
Bundan əvvəl Asiya ölkəsindən idxalçılar Rusiya Federasiyasından daha bir yüksək dərəcəli neftin - Sokolun alışını kəskin şəkildə azaldıblar.
Həmidə İBRAHİMLİ