Fransa Ukraynadakı münaqişədə iştirak edir - Peskov

 14:30 15.03.2024     231

Fransa Ukraynadakı münaqişədə iştirak səviyyəsini artırmaqdan çəkinmir.

Redaktor.az Rusiya mətbuatın istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə deyib.

Peskov hesab edir ki, Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarına əsasən bu qənaətə gəlmək olar:

“Paris artıq münaqişəyə cəlb olunub və dolayısı ilə bu münaqişədə iştirak edir”, - deyə Kreml rəsmisi əlavə edib.