Litvanın müdafiə naziri istefa etdi
Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvydas Anusauskas baş nazir İnqrida Simoniteyə istefa məktubu təqdim edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Biz baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət alması faktını təsdiq edirik”, - deyə məlumatda bildirilir.
Siyasi müstəvidə yayılan söz-söhbətlərə görə, Anusauskas Simonyte ilə fikir ayrılığı səbəbindən vəzifəsini tərk etmək qərarına gəlib. Baş nazirin bu həftə səfərdə olduğu ABŞ-də nazirin açıqlamalarından hiddətləndiyi iddia edilir. Ancaq Simonytenin narazılığına nəyin səbəb olduğu açıqlanmır.
Yusif EYVAZLI