Rusiyada üç maşın toqquşaraq yandı, beş nəfər öldü

 13:53 16.03.2024     251

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

Redaktor.az xəbər verir ki, Lyubinsk rayonunun Uvalo-Yadrino kəndi ərazisində baş verən qəzada ölənlərdən biri uşaqdır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, toqquşmadan sonra hər üç avtomobil yanıb.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.