ABŞ İrana görə bu şirkətə sanksiya tətbiq etdi

 16:44 16.03.2024     275

ABŞ Marşal adalarında qeydiyyatda olan “Vişnu” gəmiçilik şirkətini sanksiya siyahısına salıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, “Vişnu” şirkətinə məxsus “Lady Sophia” neft tankeri İranın qeyri-qanuni yüklərinin Çinə daşınması ilə məşğul olub.

“Gəmiçilik şirkətinin bu hərəkəti ABŞ-ın sanksiyaları altında olan İran və onun dəstəklədiyi husilərin maliyyə yardımçısı Səid əl-Camala, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə dəstəkdir”,- məlumatda bildirilib.