Blinken və Qrossi İranın nüvə proqramını müzakirə etdi

 16:59 16.03.2024     349

ABŞ Dövlət katibi Entoni Blinken və MAQATE-nin baş direktoru Rafael Qrossi Vyanada keçirilən görüşdə İranın nüvə proqramını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüşdə təhlükəsizlik və nüvə təminatları, o cümlədən İranın nüvə obyektlərində yarımçıq qalan yoxlama məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Blinken və Qrossinin danışıqlarının təfərrüatları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, martın 4-də R.Qrossi agentliyin Qəyyumlar Şurasının Vyanada keçirilən iclasında İranın nüvə proqramı məsələlərinin həllində irəliləyiş əldə olunmadığını bildirmişdi.