Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu

 10:00 17.03.2024     346

Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 136 min nəfər əhalisi olan Çinendeqa şəhərindən 67,5 km qərbdə, ocağı isə 52 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.