Baxçalı yenidən MHP sədri seçildi
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin 14-cü Sıravi Böyük Qurultayında yenidən sədr seçilib.
Redaktor.az xəbər verir ki, Ankara İdman Salonunda keçirilən qurultayda partiyanın qeydiyyatdan keçmiş yüksək məclis nümayəndələri 15 qutuda səs veriblər.
Səslərin hesablanması başa çatdıqdan sonra Şura sədri Mövlud Karakaya səsverməyə 1295 nümayəndənin qatıldığını bildirib və Baxçalının bütün nümayəndələrin səsini alaraq yenidən sədr seçildiyini açıqlayıb.