Rusiya qonşu ölkədən gələn çipləri yerli kimi tanımaq istəyir

 09:25 18.03.2024     231

Rusiya Sənaye və Ticarət Nazirliyi Belarus çiplərinin, lövhələrinin və oxşar hissələrinin yerli hesab edilməsinə icazə verən qanun layihəsi üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb.

Belarusiyada materialların və komponentlərin istehsalına, istehsal və texnoloji əməliyyatlara dair sənədlər Rusiya Federasiyasında verilən sənədlərə bərabərdir . Sənaye və Ticarət Nazirliyində qeyd edildiyi kimi, işin ən azı 20 faizi Rusiyada yerinə yetirildiyi təqdirdə Belarus materialları və komponentləri yerli istehsal kimi tanınır. Bu, yerli məhsullar da birgə inkişaflardan istifadə etməyə imkan verəcək.

Humay İSGƏNDƏRLİ