11 nəfərlik turist qrupu qar uçqunu altında qaldı
Kamçatkada 11 nəfərlik turist qrupu qar uçqunu altında qalıb.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qrupun iki üzvündən başqa hamısı qardan təkbaşına çıxa bilib. Onların axtarışları nəticə verməyib, bundan sonra turistlər kömək üçün təcili yardım xidmətlərinə müraciət ediblər.
Həmidə İBRAHİMLİ