NATO-nun baş katibi Tiflisdə bəyanat verdi: Bu ərazilər Gürcüstanındır

 16:32 18.03.2024     219

NATO Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir, Cənubi Osetiya və Abxaziya Gürcüstan əraziləridir.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

“NATO Rusiyanı Gürcüstan ərazilərini müstəqil dövlətlər kimi tanımasını geri çağırmağa davam edir. Rusiyanın Gürcüstanın və Ukraynanın işğal altındakı ərazilərində seçkilər təşkil etməsi tamamilə qanunsuzdur. Rusiyanın prezident seçkiləri nə azad, nə də ədalətli idi”, - Stoltenberq deyib.