“Hindistandan alınan silahlar yararsız vəziyyətdədir” - Karapetyan

 17:11 18.03.2024     231

“Hindistandan tədarük edilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin onlar yararsız vəziyyətdədir”.

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu açıqlama ilə keçmiş müdafiə naziri Arşak Karapetyan çıxış edib.

“Mənim əlimdə olan yazılı məlumata əsasən, Hindistandan alınan silahları artıq bir ildir ki, təmir etmək mümkün olmadığından onlardan yararlanmaq mümkün deyil”, - deyə Ermənistanın keçmiş müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, Ermənistan son iki ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsalar, MLRS sistemləri, döyüş sursatları və sair hərbi texnika tədarük edilib və ya tədarükü planlaşdırılır.