Rusiya ordusu Ukraynanın daha bir şəhərinə hücum etdi

 18:33 18.03.2024     304

Rusiya ordusu bu gün, martın 18-də Ukraynanın Sumı vilayətində Konotop şəhərinə hücum edib.

Redaktor.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

"Düşmən Konotop şəhərinin mülki infrastrukturuna və Sumı vilayətinin məskunlaşdığı ərazilərə hücum edib", - məlumatda deyilir.

Qeyd olunub ki, bütün lazımi xidmətlər yerindədir. İlkin məlumata görə, ölən yoxdur.

Konotopda kommunal obyektlərə ziyan dəyib. Hücumun nəticələri aydınlaşdırılır.

Turan İSMAYIL