ABŞ Putinin seçkilərdə qalib gəlməsini təbrik etməyəcək

 21:03 18.03.2024     246

"Amerika administrasiyası Vladimir Putinin Rusiyada keçiriləcək prezident seçkilərində qalib gələcəyini başa düşür, lakin ona təbrik göndərmək niyyətində deyil".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"O, Rusiyanın prezidenti olaraq qalacaq. Məncə, ABŞ-dən təbrik zənglərinin olmayacağını əminliklə söyləmək olar", - o bildirib.

Patel Rusiya seçkilərinin Vaşinqtonun nöqteyi-nəzərindən “inanılmaz dərəcədə qeyri-demokratik proses” olduğunu müdafiə edib.

Yusif EYVAZLI