"Qəzza əhalisinin təxminən 70%-i aclıq astanasındadır" - Borrell

 22:22 18.03.2024     272

"Qəzza zolağında ərzaq vəziyyəti fəlakətli kimi xarakterizə olunur. Fələstinin əhalisinin təxminən 70%-i aclıq astanasındadır, 100%-i qida çatışmazlığından əziyyət çəkir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Jozep Borrell icma ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına görə bildirib.

"Vəziyyət fəlakətlidir. Əhalinin 70 faizi aclıq astanasındadır, 100 faizi qida çatışmazlığından əziyyət çəkir. BMT-nin Ümumdünya Ərzaq Proqramı bu gün heç vaxt belə aclıq problemi görmədiyini açıqladığı hesabatda qeyd edib”. 

Yusif EYVAZLI